Hadisə

Avtomobil maneəyə çırpılıb, xəsarət alan var

17 Mart 2017 22:35
0 Şərh     Baxış: 1 546

Gədəbəydə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Kənd sakini 1995-ci il təvəllüdlü Quliyev Hikmət Sübhan oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə  hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında maneəyə çırpılıb. Sürücü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.