Hadisə

Türkiyədə müxalif partiya Zeynəb Xanlarovanın mahnısını seçdi - VİDEO

17 Mart 2017 15:52
1 Şərh     Baxış: 2 481

Türkiyədə referendum öncəsi təbliğat-təşviqat prosesi davam edir.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, partiyalar öz mövqelərini seçicilərə müxtəlif videoçarxlar, şüarlar və mahnılarla çatdırmağa çalışırlar.

Kamal Kılıçdaroğlunun rəhbəri olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) ötən gün geniş ictimaiyyətə təqdim etdiyi mahnı diqqəti çəkib. Təbliğat mahnısının melodiyası müəllifi Ələkbər Tağıyev olan "Sənə qurban" ("Sən Müşfiqin yanında...") mahnısı ilə eynidir.

Sözləri dahi şairimiz Mikayıl Müşfiqə aid olan və ilk dəfə xalq artisti Zeynəb Xanlarovanın ifasında eşitdiyimiz bu mahnı məhz onun sayəsində bütün dünyada məşhurdur.

Bu musiqi əsasında türklərin məşhur "Mavi Boncuk" ("Mavi Muncuq") mahnısı da yazılıb. Mahnının sözləri Ülkü Akere məxsusdur.

Türkiyədə hələ də insanların əksəriyyəti mahnının əsl müəllifinin azərbaycanlı olmasından xəbərsizdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Zeynəb Xanlarova-Qal sənə qurban

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    //// · 17 Mart 16:0630

    Zeyneb xanim super.super..super...........Var olsun evezolunmaz Zeynebimiz!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.