Hadisə

Əfv olunmuş Türkiyə vətəndaşı: "Azərbaycan prezidentinə və xanımına təşəkkür edirəm"

17 Mart 2017 13:32
Baxış: 608

Azərbaycan prezidentinə və xanımına təşəkkür edirəm.

Milli.Az xəbər verir ki, bunu Trend-ə prezident İlham Əliyevin sərəncamı ilə əfv olunmuş Türkiyə vətəndaşı Cengiz Çiftçi deyib.

O, narkotik qaçalmalçılığında təqsirləndirilərək 12 il azadlıqdan məhrum edilib, 7 il cəza çəkib.

Türkiyə vətəndaşı bildirib: "Azərbaycan prezidenti cənab İlham Əliyevə və xanımına təşəkkür edirəm. Yanıma gələn yoxdur, 7 ildir ailəmi görmürəm. Tamahımdan başıma bu oyun gəldi. İlk dəfə olduğu üçün bağışlandım. Bir daha belə hərəkətlər etmərəm".

Qeyd edək ki, prezident İlham Əliyev martın 16-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam 423 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 412 nəfər cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 4 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər və cərimə cəzasına məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərin cəzası müvafiq olaraq 25 və 15 il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Həmçinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Əfv olunanlar arasında 40 xarici ölkə vətəndaşı da var. Onlardan 13-ü İran, 6-sı Pakistan, hərəsindən 4 nəfər olmaqla Gürcüstan, Rusiya və Nigeriya, hərəsindən 3 nəfər olmaqla Çin və Türkiyə, 2 Özbəkistan və 1 Ukrayna vətəndaşı var. Həmçinin, əfv olunanlar arasında fəallar Elvin Abdullazadə və Əbdül Əbilov da var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.