Hadisə

"Yalvardım ki, məni öldürmə" - Əmisi arvadını torpaq üstündə döydü - VİDEO - FOTO

16 Mart 2017 15:03
4 Şərh     Baxış: 4 643

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.

Həm qonşusu, həm də qaynının oğlu olan şəxs tərəfindən döyülən kənd sakini, 49 yaşlı Minarə Namazova Şəmkir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə aparılıb. Yaralıya  tibbi yardım göstərildikdən sonra palataya yerləşdirilib.

Məlumata görə, Minarə Namazova ilə qaynının oğlu, 28 yaşlı Anar Namazov arasında torpaq sahəsi ilə bağlı mübahisə yaranıb. Bunun nəticəsində sərxoş olan Anar qadına zor tətbiq edib.

Minarə Namazova - zərərçəkən: "Yalvardım ona ki, məni öldürmə. Dedi səni öldürərəm qanını batıraram. Bizim torpaq payına yiyəlik etmək istəyirdi".

Xoşəqədəm Məmmədova - qohumu: "Yoldaşı traktor dalınnan gedib, bu da gedib ki, səpməyə yoldaşına kömək eləsin. Deyr gedəndə gördüm Anar yerimizi əkir. Deyib ki, oğul, bu bizim yerdi əkmə. Deyir araq içmişdi məni döydü".

Nurlan Qurbanov - həkim: "Döyülmə nəticəsində xəsarət alıb. Diaqnozu qapalı kəllə beyin travması, beyin sirkələnməsi, bədənin müxtəlif nahiyyələrinin əzniyi. Xəstənin baş beyin nahiyyəsi ultra səs müayinəsindən keçdi, rentgen olundu. Vəziyyəti orta ağırdı, müalicələri davam edir".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda 49 yaşlı qadın döyülüb

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Sebr · 16 Mart 15:0720

    Sultan Süleymana qalmayan Dünya!!!...Torpaqdan ötrü yaraşarmı!?Gərək qadında görüb içkilidi fikir verməzdi!Sonra deyərdi..Səbr ən gözəl dərmandı!!

    Cavab yaz
  • Anonim
    Türkan · 16 Mart 15:2632

    Tərbiyəsizin biri!!! Qayninin oğlu kimdi adam döysün? Er hara baxırmış görəsən? Bu qadinin usagi yoxdu????? Bu ne özbaşınalıqdır? Kul kişi başına anasi yaşında qadina el qaldırır biqeyrət!!!!

    Cavab yaz
  • Anonim
    Panah · 16 Mart 15:4320

    O oglan öz emisi arvadini çox nahaq yere döyüb.Bu dünyada olanlar ele bu dünyada qalacaq.

    Cavab yaz
  • Anonim
    Onur666 · 16 Mart 19:5920

    Qayn oglu boynuvu yere soxum........... men bibilerimden ele şirinemki olarda meni cox isteyiler her yay yolmu gözleyiler..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.