Hadisə

İlanlar kəndə daraşdı - Sakinlər qorxu içində - VİDEO - FOTO

16 Mart 2017 13:23
2 Şərh     Baxış: 2 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təmas xəttinə yaxın kəndlərdə iri ilanlar peyda olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Tərtər rayonunun Qapanlı kəndində evlərdə ilanlar peyda olub. Bu ilanlar həm iriliyi, həm də insanlara hücumu ilə diqqət çəkib. Kənd sakini Məhəmməd Həsrətov ev quşlarına hücum edən ilanın birini öldürdükdən sonra, digər ilan həyətdəki uşağa xəsarət yetirmək istəyib.

Məhəmməd Həsrətov (kənd sakini): "Qaz çığırdı, biz elə bildik pişikdir. Yaxınlaşıb gördük ki, ilan qazı tutmaq istəyir. Onu öldürdük, sonra ikinci ilan çıxıb həyətdəki uşağa hücum etmək istədi. Onu da öldürdük. Balaları dünən çıxmışdı, biz çatana kimi yuvalarına girdi".

Kənd sakinlərinin sözlərinə görə, ilanların bu vaxt çıxmasına əsas səbəb ermənilərin təmas xəttində törətdikləri yanğınlar və tez-tez atəşkəsi pozmalarıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İlanlar kəndə hücum etdi - Sakinlər qorxu içində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.