Hadisə

Türkmənistandan Azərbaycana toz dumanı gəlir

14 Mart 2017 13:50
2 Şərh     Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Metereoloji şəraitlə bağlı olaraq bu gün gecə və sabah səhər saatlarında Türkmənistandan Azərbaycana toz dumanı gələcək. Toz dumanı artıq Xəzər dənizinin üzərindədir. Günün ikinci yarısından sonra toz dumanı hava axını ilə birlikdə ölkə ərazisinə daxil olacaq.

Mili.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.
 
O bildirib ki, Ərəbistandan gələn toz dumanı artıq ölkənin üzərindən çəkilib.
 
M.Avazova qeyd edib ki, Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun miqdarı normadan çoxdur: "Elə də kritik vəziyyət olmasa da, sadəcə, ürək-qan damar sistemində problem olan insanların belə havada qapalı şəraitdə olmaları daha əlverişlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.