Hadisə

"Çatmasaydıq, bəlkə də parçalamışdı" - Ayı kənd sakininə hücum etdi - VİDEO - FOTO

9 Mart 2017 13:17
0 Şərh     Baxış: 2 271

Evi dağın ətəyində yerləşən 1967-ci il təvəllüdlü Şəkinin Baş Zəyzid kənd sakini Məmməd Məmmədov mal-qaranı otlamağa buraxıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, o, heyvanların dağa doğru getdiyini görüb. Mal-qaranı geri qaytarmağa gedərkən ayı ilə qarşılaşıb: "Tutdu qıçımdan. Həmin vaxt özümü itirib çığırdım. Dünyadan xəbərim yoxdu. Qıçımın da ağrısını xəstəxanaya çatanda hiss etdim".

Xoşbəxtlikdən harayı eşidən oğlu və qohumları özlərini tez bir zamanda hadisə yerinə çatdırıblar. Yaranan səs-küy səbəbi ilə ayı yaraladığı Məmməd Məmmədovu qoyaraq qaçıb.

Məmməd Məmmədov: "Bizim uşaq köməyə gəldi. Çığırdı buraxdı. Bir-birimizdən 100 metr aralıda məsafədə idik. Evə necə gəldim, onu bilmədim".

Namiq Məmmədov - zərərçəkənin oğlu: "Haray səsi gəldi. Səs gələn vaxtı yaxşı ki, yaxında olmuşuq. Çatmasaydıq, bəlkə də parçalamışdı. Mən də qorxa-qorxa çığırdım, amma yaxınlaşmağa qorxdum. Səsə ayı qaçdı. Ondan sonrada ayağına parça sarıyıb gətirdik".

Vahid Mehdiyev - zərərçəkənin qohumu: "Qova bilmirdik. Silahımız yox idi. Balta ilə də getmək olmaz üstünə".

Yaralını Şəki Mərkəzi Rayon Xəstəxanasına gətiriblər. Müayinələr zamanı məlum olub ki, ayı Məmməd Məmmədovun sağ ayağının baldır nahiyəsindən dişləyib. Xəstəxanada ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Vahid Mehdiyev: "Bu, birinci belə hadisə deyil. Kənddə bu hadisələr 5 dəfə, 6 dəfə baş verir. Aidiyyəti qurumlardan xahiş edirəm bu haqda tədbir görülsün".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.