Hadisə

"Mersedes"lə "QAZ 31" toqquşdu - FOTO

21 Fevral 2017 00:07
0 Şərh     Baxış: 1 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə iki avtomobil toqquşdu.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Nizami prospektində qeydə alınıb.

Şəmkir istiqamətindən hərəkətdə olan "QAZ 31" markalı avtomobillə "Mersedes" markalı nəqliyyat vasitəsi toqquşub. Hər iki avtomobil yararsız hala düşüb. Xəsarət alan yoxdur. İlkin ehtimala görə, qəzaya səbəb avtomobillərin işıqforun tələbinə əməl etməmələrdir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.