Hadisə

Dəhşətli yanğın: "Əynimə heç nə geyinə bilmədim" - VİDEO - FOTO

16 Fevral 2017 16:15
2 Şərh     Baxış: 2 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə yaşayış evi və taxta sexi yanıb.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, yaşayış evi və taxta sexi tamamilə yanıb. Tikililərə bitişik inşaat mağazasının içində olan tikinti materialları isə yararsız hala düşüb.

Namiq Məmmədov - zərərçəkən: "Gecə saat 4-ə işləmişdi, qonşu qapını döyüb qaldırdı ki, eviniz yanır, durun canınızı qurtarın. Durdum iki uşağımı çıxartdım. Əynimə heç nə tapıb, geyinə bilmədim, ancaq uşağımı çölə çıxartdım, nəyim var idi hamısı yandı".

Hadisə Nizami rayonunda, Bəxtiyar Əliyev və Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində baş verib. Yanğın Gəncə sakini, 33 yaşlı Namiq Məmmədova məxsus ümumi sahəsi 50 m2 olan yaşayış evinin dam örtüyündən başlayıb və mətbəxə keçib.

Güclü alov zamanı Namiq Məmmədova məxsus yaşayış evinin mətbəxinə daha çox ciddi ziyan dəyib. Mətbəxin bütün əşyaları tamamilə yararsız hala düşüb. Həmçinin yaşayış evinin 20 kv.m. otağının, eləcə də hamamın da əşyaları və yanar konstruksiyaları yanıb. Alov isə yaşayış evinə 48 yaşlı Mehman Həsənova məxsus ümumi sahəsi 35 m2 olan taxta sexindən keçib. Taxta sexinin içərisində olan 2 kub taxta, 6 ədəd dəzgahın elektrik naqilləri tamami ilə yanıb. Həmçinin sexin yanar konstruksiyaları da külə dönüb. Yanğın taxta sexinə bitişik inşaat malları mağazasına da ziyan vurub, 2000 manata yaxın material yanıb. Hadisə yerinə çağrılan yanğınsöndürənlər alovun digər tikililərə keçməsinin qarşısını alıb.

Xəsarət alan yoxdur. İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub. Dəqiq səbəblər araşdırmalardan sonra bilinəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gəncədə dəhşətli yanğın:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.