Hadisə

"Belə xəstəlik görməmişəm, yeyə-yeyə ölürlər" - VİDEO - FOTO

16 Fevral 2017 12:12
1 Şərh     Baxış: 3 707

Şəmkirdə fərdi təsərrüfatların birində xırda davarların kütləvi şəkildə tələf olması fermerləri narahat edir. Son bir neçə gün ərzində 30-a yaxın heyvanın hansı səbəbdən ölməsi məlum deyil.

ARB TV xəbər verir ki, hadisə Şəmkir sakini Həbib Hüseynovun təsərrüfatında qeydə alınıb. Xırda davarları naməlum şəraitdə tələf olduğundan fermer baytar həkimləri də məlumatlandırıb.

Həbib Hüseyn - təsərrüfat sahibi: "Mən hələ belə xəstəlik görməmişəm. Heyvanlar yeyə-yeyə ölürlər. Hamısı da sağlam qoyundur. Analiz də aparmışıq. Bakıya da göndərmişik. Hər bir yerə müraciət edirik. Bizə lazımdır ki, bu xəstəliyi bilək".

Şəmkir Rayon Baytarlıq İdarəsinin həkimləri ölən heyvanlardan nümunələr götürərək Tovuz və Respublika Baytarlıq Laboratoriyalarına təqdim ediblər. Tovuz Baytarlıq Laboratoriyasının rəyinə əsasən, heyvanlarda heç bir yoluxucu xəstəlik aşkarlanmayıb. Paytaxta göndərilən nümunələrin cavabı isə hələ gəlməyib. İlkin ehtimal kimi, heyvanların ölmə səbəbinin saxlanma şəraiti ilə əlaqəli olduğu deyilir".

Məmməd Qasımov - Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi: "Patoloji yarma zamanı hamısında eyni şəkildə ürəyin böyüməsi, ağciyərin və qaraciyərin məhvi, ödün sıradan çıxması, nazik bağırsaqlarda isə qan sızması müşahidə olunub. Bunların hamısı soyuqlamanın əlamətidir".

Məmməd Qasımovun sözlərinə görə, heyvanların kütləvi şəkildə tələf olmasının dəqiq səbəbləri Bakıdan göndəriləcək nəticələrdən sonra məlum olacaq.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Namiq · 17 Fevral 08:2710

    Bankalamaq lazım idi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.