Hadisə

Sərxoş piyada "07"nin qurbanı oldu - VİDEO - FOTO

23 Yanvar 2017 14:56
1 Şərh     Baxış: 1 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Əliabad qəsəbə sakini, Samiq Mahma oğlu Muradov idarə etdiyi "VAZ 21 07" markalı avtomobillə hərəkətdə olarkən yolu sərxoş halda keçmək istəyən piyada, həmkəndlisi 62 yaşlı Ramiz Ağabala oğlu Ağaməmmədovu vurub.

Qəzadan sonra Ramiz Ağaməmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

62 yaşlı sərxoş piyada

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.