Hadisə

Şuşada saxlanılan azərbaycanlı girovlarla görüş olacaq

23 Yanvar 2017 12:18
8 Şərh     Baxış: 1 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Kəlbəcər girovları ilə görüş keçirilə bilər.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a girov Dilqəm Əsgərovun qardaşı Sahib Musayev bildirib.

"Bizdə olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komistəsinin nümayəndələri bu gün girovlara baş çəkəcək, bizim məktublarımızı onlara çadırıcaqlar", - deyə girovun qardaşı deyib.

BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə azvision.az -a bildirib ki, görüş baş tutarsa, ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. 

H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Azərbaycanlı girovların Şuşa həbsxanasında saxlanıldığı bildirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.