Hadisə

Bakıda yaşlı kişi yorğanın güdazına getdi - YENİLƏNİB

23 Yanvar 2017 15:25
0 Şərh     Baxış: 2 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:25

Ötən gecə Bakı şəhərinin Xətai rayonunda baş vermiş yanğının səbəbi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, R.Quliyev küçəsində 70 yaşlı Gülməmməd Gülməmmədovun ölümü ilə nəticələnən yanğının yorğanın elektrik sobasının üstünə düşməsi səbəbindən baş verdiyi üzə çıxıb. Belə ki, G.Gülməmmədov otağı qızdırmaq üçün spirallı elektrik qızdırıcısından istifadə edib. O, yatdıqdan sonra yorğanı ehtiyatsızlıqdan sobanın üstünə düşüb və yanğın başlayıb. Yanğın qısa müddətdə çarpayıya yayılıb və otağı qatı tüstü bürüyüb. Yaxınları köməyə çatanadək 70 yaşlı kişi tüstüdən boğularaq ölüb.  

Araşdırmalar davam etdirilir. 

-----------

08:00

Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın nəticəsində 1947-ci təvəllüdlü Gülməmmədov Gülməmməd Feyzulla oğlu yanaraq vəfat edib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.