Hadisə

Qarabağ münaqişəsi zamanı itkin düşənlərin 62-si uşaqdır

19 Yanvar 2017 15:01
0 Şərh     Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmış 3867 nəfərdən 62 nəfəri uşaqdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov "Qətl edilmiş uşaqlar" kitabının təqdimatında deyib. 
 
İ. Axundov 29 uşağın Ermənistan hərbçiləri tərəfindən girov götürülməsi və aidiyyəti beynəlxalq təşkilatlardan gizlədilərək saxlanılması barədə şahid ifadələrinin mövcud olduğunu bildirib. O qeyd edib ki, indiyə qədər azad edilənlərdən 210 nəfəri uşaq olub. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.