Hadisə

Azərbaycanlı milyarderlər Avropanın ən iri okeanariumunu satdıqlarını təkzib ediblər

17 Yanvar 2017 17:55
2 Şərh     Baxış: 2 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan əsilli milyarderlər Qod NisanovZarax İliyev Avropanın ən nəhəng okeanariumu olan "Moskvarium"un oliqarx Arkadi Rotenberqə satılmasını təkzib ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Forbes" jurnalı öz mənbələrinə istinadən yazır.

Q.Nisanov və Z.İliyevə məxsus "Kiyev meydanı" QSC-nin adının çəkilməsini istəməyən rəsmisi bildirib ki, "Moskvarium"da aparılan struktur dəyişiklikləri mülkiyyətçinin dəyişdirilməsi anlamına gəlmir.
 
Xatırladaq ki, bu gün RBK agentliyi öz mənbələrinə istinadən yazıb ki, A.Rotenberqə məxsus şirkətlər "Moskvarium"un sahibinə çevriliblər: "Hazırda okeanariumun tam sahibi Rotenberqin strukturlarıdır".
 
Q.Nisanov və Z.İliyev okeanariumun tikintisinə 1,5 mlrd. dollar yatırıblar. Rusiyanın "daşınmaz əmlak kralları" layihədən mənfəət əldə edə bilməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.