Hadisə

Köməksiz ailənin növbəti faciəsi: atanın taleyini tələbə qızının yaşamasına imkan verməyək - FOTO

17 Yanvar 2017 17:56
20 Şərh     Baxış: 8 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 18 yaşlı tələbə qız ağır qəza nəticəsində sağlamlığınıl itirib. Milli.Az criminal.az saytına istinadən xəbər verir ki, ötən il dekabrın 18-də Turizm Universitetinin tələbəsi Dilarə Həsənovanı Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində maşın vurub. 

Ağır bədən xəsarəti və kəllə-beyin travması alan D.Həsənova hazırda Bakıdakı özəl klinikalardan birində müalicə alır. Hazırda koma vəziyyətində olan Dilarənin sağalması üçün klinikanın xərclərini ödəməyə ailəsinin maddi imkanı çatmır. Klinikaya külli miqdarda borc yaranıb. Tələbə qızın sağalması üçün maddi köməyə ehtiyac var. 

D.Həsənovanın atası da bir müddət əvvəl avtomobil vurması nəticəsində dünyasını dəyişib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.