Hadisə

Azərbaycanlı çempion bazarda limon satır - VİDEO

14 Yanvar 2017 12:06
4 Şərh     Baxış: 2 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda yaşayan soydaşımız Aydan Bədirov 14 yaşı olmasına baxmayaraq, sərbəst güləş üzrə 17 dəfə ölkə çempionu olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Aydan hazırda Gürcüstanın ən prespektivli güləşçilərindən sayılsa da, yaşadığı ev və şərait heç də ürəkaçan deyil.

Anası epilepsiya xəstəsidir. Atasının pasport düzəltdirməyə imkanı olmadığı üçün Aydan məktəbə gedə bilmir. Yarışlarda da kənar adamların köməyi ilə iştirak edir.

Ailədə 4 uşaqdırlar və məskunlaşdıqları ev yaşanılacaq vəziyyətdə deyil. Amma bütün bunlara baxmayaraq, məşqçisi Aydanın heç bir məşqi buraxmadığını bildirib.

Məşqdən sonrakı vaxtlarını isə Tbilisinin "dezertir" adlanan bazarında limon və alma satmaqla keçirir. Aydan Bədirovun evindən hazırlanmış video-reportajı təqdim edirik:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı çempion bazarda limon satır	- 1

Azərbaycanlı çempion bazarda limon satır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.