Hadisə

32 yaşlı kişi özünü güllələyib

11 Yanvar 2017 21:42
0 Şərh     Baxış: 2 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafa rayon sakini ovda güllə yarası alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Kolayır kənd sakini 1984-cü il təvəllüdlü Kazımov Amil Arif oğlu sol ayağının aşağı hissəsinin güllə yarası xəsarəti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. A. Kazımov əvvəlcə çöldə tonqal qaladığını və tonqalda yaranan partlayış nəticəsində xəsarət aldığını deyib. Daha sonra isə Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarına ovda ehtiyatsızlıq nəticəsində tüfəngdən açılan atəş nəticəsində ayağından yaralandığını deyib.
 
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.