Hadisə

Şəmkirdə direktorla müəllimə arasında QALMAQAL: "Təhsil şöbəsində "oynaşları" var"

11 Yanvar 2017 19:55
45 Şərh     Baxış: 21 271

Şəmkir kənd məktəbində səs-küylü qalmaqal yaranıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, rayonun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva redaksiyamıza müraciət edərək, məktəb direktoru haqqında ağır ittihamlar irəli sürüb.

Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən külli miqdarda rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb: "Məktəbimizdə 400 şagird təhsil alir. Lakin davamiyyət 50 faizdən aşağıdır. Şagirdlərdən iki nəfər azyaşlı olmalarına baxmayaraq ailə həyatı qurub. Hazırda Rusiyada alver edən şagirdlərin adı dərs jurnalında gedir. Bəs, Akif Namazov kimdir? O, vaxtilə türmə həyatı sürmüş, öz uşaqlarına tərbiyə verməyi bacarmayan (oğlu 2016-ci ildə gənc əsgərlərdən "reketçiliklə" pul aldığına görə 6,5 il cəzası alıb) müəllimdir. 24 dekabrda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı bəzi müəllimlərimizin diplomlarına imtina gəlmişdi. Diplomların skaner olunub bazaya yüklənməsini tapşırmışdılar.

Diplomlar yoxlanıldıqdan sonra müəllimlərin imtahana buraxılmasına icazə verildi. Diplomların düzəldiyini bilən Akif Namazov müəllimlərin bəzilərindən müxtəlif məbləğlərdə pul tələb etdi, guya bu, nazirlikdən tələb edilib. Beləliklə, hər sentyabrın əvvəlində və hər ay direktor müəllimlərdən müxtəlif şantajlarla pul toplayır. Bu haqda əlimdə səsyazıları da var. Məni də şantaj edib, bu günlərdə işdən çıxartdı. Buna səbəb kimi isə məktəbdə olan kompüterlərin sayının normativə görə kompüter laborantlarının sayı ilə uyğun gəlməməsini əsas gətirdi".

Sayt məsələyə aydınlıq gətirmək üçün adıçəkilən məktəbin direktoru Akif Namazovla əlaqə saxlayıb. Direktor ona qarşı edilən ittihamlarla bağlı çox ilginc açıqlama verib.

Direktorun sözlərinə görə, laborant Xatirə Əliyevanı seks videolarına görə işdən azad edib: "Birinci ona görə işdən çıxartmışam ki, ştat artıq olub. O, özünə lazım olan böhtanları deyir, amma həqiqəti gizlədir. İndi mən sizə həqiqəti deyim. Demək, 14 kompyüterə bizdə iki laborant düşür. Onun da ştatı artıq idi. Xidmətçilərin hesabına ona ştat düzəldiblər, bunun üçün də 3 min manat pul verib. O, məktəbin müəyyən sənəd işlərini görürdü. Mən də şagirdlərin qeydə alınması üçün noutbook almışdım. O da həmin noutbooku evə aparıb gətirirdi. Ayın 9-da mən o kompüteri onun əlindən alım. O, çox çalışdı ki, həmin noutbooku geri alsın, bəhanə də gətirdi ki, mənim orada ailə şəkillərim var. Sən demə, noutbooka o, seks videoları qoyubmuş. Mən onu üzə çıxartmışam.

Təsəvvür edin ki, canlı seksdir. Mən bu yaşa çatmışam, amma belə canlı seks görməmişdim. O, çox istədi ki, kompüteri alıb, o videoları sildirsin, amma mən buna imkan vermədim. Sonra Şəmkir Rayon Təhsil Şöbəsində onun "oynaşları" var. Onların yazışmalarını tutmuşam. Beləliklə, onun əmri 6 yanvarda verildi, işdən çıxartdım. Ona dedim ki, çıx işdən, bir daş altda, bir daş üstdə... Mənə 500 manat təklif etdi ki, o videolar silinsin. Mən də götürmədim. Daha sonra gecə ilə kiminsə əli ilə otağıma girib, kompüterdən həmin videoları sildirib. Bu, dekabrın 20-dən 21-nə keçən gecə baş verib. Mən də polisə zəng etdim. Polis də tökülüb gəldi. Məsələ ilə bağlı ifadə verdilər. Amma sonra pul verib, özlərini xilas edə bildilər.

Mən onu ştatda artıq olmaq adı ilə işdən çıxartdım. Video məsələsini isə kənara qoydum. Çünki bu, həm onun, həm də məktəbin adına biabırçılıq idi. Mən ona hörmət etdim. Onu açıq deməyəcəkdim, ta ki, otağımın qapısı açılanacan. Direktorun qapısının gecə açılması nə deməkdir? Polisə də deyib ki, Akif müəllim məndən "nəsə" istəyib. Yalançının atasına lənət... Guya mən onunla yaşamaq istəmişəm. Kimin yanında, nə vaxt istəmişəm. Sən 3 ildir ki, məktəbdə işləmişən, necə olur ki, 3 il ərzində istəməmişəm, indi istədim? Nəyə görə? Sübutun varmı? Çoxları mənə deyirdi ki, o, uşaqların tərbiyəsini pozur, çıxart onu işdən..."

Direktor diplom işinə imtina gələn müəllimlərdən rüşvət alması ittihamına da cavab verib: "Bəli, bəzi müəllimlərimizin diplomuna imtina gəlmişdi. Lakin sonra ciddi araşdırma aparıldı, məlum oldu ki, onlar haqqında düzgün məlumat verilməyib, sənədləri yerindədir və onlar imtahana buraxıldı. Əgər bu, yalan olsa, mənim pencəyimi götürüb, məktəbdən getməyə hazıram".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

45 Şərh:

  • Anonim
    melek · 11 Yanvar 20:0721

    bezmirsiniz birbirinizi teqir edirsiniz ayibdir her ikiniz ali savatli insanlarsiniz

    Cavab yaz
  • Anonim
    kassa · 11 Yanvar 20:0921

    Yaxşı yol

    Cavab yaz
  • Anonim
    Izmir · 11 Yanvar 20:0932

    Adam bilmir ne desin. Indi moda olub,kim kimden zehlesi gedir o deqiqe deyir exlaqsizdi videosu var. Biraz Allahi basinin ustunde gormek lazimdi. Ayibdiye bele sohbetler,direktor utanmir diline gor neler alir danisir. O mektebde o usaqlar ne terbiye alacaq,ne tehsil alacaq. Heyif cox heyif

    Cavab yaz
    • Anonim
      ronaldo · 11 Yanvar 21:2911

      bahooo izmir sen yene tapilmisan. indi de namus mudafiyecisi olmusan deyesen. ayda ne qeder maas teleb edirsen.

      Cavab yaz
      • Anonim
        Izmir · 11 Yanvar 21:3712

        Basa dusmedim. Mene deyirsinjz? Burda menden basqa da izmir nikiyle yazan var. Qarisdirdiniz deyesen. Siz meni tanimirsiniz,mene nese namus haqqinda soz demeye haqqiniz yoxdur,heddinizi bilin

        Cavab yaz
        • Anonim
          ronaldo · 11 Yanvar 22:0812

          heddimi bilirem mene hed oyretme.

          Cavab yaz
      • Anonim
        ronaldo · 11 Yanvar 22:1320

        hem burada ikidene izmirli var ikisi de sen deyilsen mi kimi aldadirsan.

        Cavab yaz
        • Anonim
          Izmir · 11 Yanvar 22:3401

          Yox, ikisi de men deyilem. Meni tanimirsan etmirsen, get isinle mesgul ol.

          Cavab yaz
          • Anonim
            ronaldo · 11 Yanvar 22:4120

            turklerin dalinca danisan izmir sen deyilsen.

            Cavab yaz
          • Anonim
            sevil · 12 Yanvar 00:5500

            Deyerdim kl, bu sohbetlere yol. veren. insanlarin. tehsiil. muessesine getmeleri. duzgun deyil

            Cavab yaz
        • Anonim
          Izmir · 11 Yanvar 22:4632

          Turklerin dalinca danismiram. Sozum olanda ele uzlerine de deyirem,yoldasim turkdu. Musbet cehetleri de var,menfi terefleri de. Neyleyim? Turklere yaltaqlanim? Fakt burda gozellik salonuna gedirdim,qadin bir defe sorusdu haralisan,dedim Azeebaycanliyam,o deqiqe qadin almanca danismaga kecdi yanindakiyla men basa dusmeyim deye. Her sey gorulduyu kimi deyil,bezi seyler ancaq o mihute dusdukden sonra aydin olur. Get isinle mesgul ol. Sene cavab vermeyecem

          Cavab yaz
          • Anonim
            ronaldo · 11 Yanvar 23:0330

            onda heqiqeten de men sehv salmisam. birinin adida izmir idi ona gore dedim. o turkleri pisleyirdi mende esebimden partlayirdim. ele bildim o sensen. men bilmirem gedirler turkiyenin coreyini yeyirler sonrada agizlarini kondelen qoyurlar. ele serhler yazmisdim ki, gel goresen . kim turklerin dalinca artig -eskiy danisanda onlarin paylarini sert sekilde verirem .

            Cavab yaz
            • Anonim
              Izmir · 11 Yanvar 23:1810

              Burda 2 izmir niki var. Balaca i herfi ile yazan men deyilem

          • Anonim
            ronaldo · 11 Yanvar 23:2710

            hansi birinci olan yoxsa ikinci

            Cavab yaz
            • Anonim
              Izmir · 11 Yanvar 23:3710

              Menim nikim Izmir. izmir yazan men deyilem. Diqqetle fikir ver,mende boyuk i herfi ile baslayir adim

          • Anonim
            ronaldo · 12 Yanvar 00:0900

            gordum . bu arada men cox diqqetliyem. sadece olaraq niklerin bir-birine benzerlikleri var lap ele bil ekizdirler .

            Cavab yaz
      • Anonim
        albert ensdeyn · 11 Yanvar 22:1522

        birde deyirler ki ya televizor pozur yada ki, internet. day demirler ki, ele muellim ozu pozur.

        Cavab yaz
        • Anonim
          jale · 13 Yanvar 17:3000

          Siz niye müellimler haqqında bele düşünürsüz.her kesin babalı öz boynuna.kimsede görmese Allah görür.heç kesin haqqına girmiyin xahiş.bu meselede hele kimin doöru oldugu belli deyil.bele şeyleri insan eşidir heyata nifret edir.

          Cavab yaz
  • Anonim
    Irade · 11 Yanvar 20:0921

    Biyabirciliqdir.Bu da mekteb...

    Cavab yaz
  • Anonim
    Ramazanov · 11 Yanvar 20:1840

    O laborant kimdi özü bilər,akif kimdirsə onu nəinki direktorluqdan,müəllimlikdən azad etməlidirlər.Pedaqoq belə hadisələri ictimailəşdirməməlidir ,həqiqət olsa belə.

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 11 Yanvar 20:2720

    Bu sözlərdə azca da olsa doğruluq varsa onsuz da məktəbdən göndəriləcək

    Cavab yaz
  • Anonim
    a · 11 Yanvar 20:3210

    Hmm görek axiri ne olur

    Cavab yaz
  • Anonim
    Kamil · 11 Yanvar 20:4611

    Mekteb direktoru bele olanda müellime de ele olacaq.

    Cavab yaz
  • Anonim
    rika · 11 Yanvar 20:4620

    Yaziq o usaqlarin valdideylerineki usaqlari sizin kimilerinin ellerindedirler.usaqlarin beyni ag vereqdi onlar ne gorurlerse esidirlerse elede qebul edirler.valllah ayibdir mekteb axi bizim medeniyyet ocagimizdir

    Cavab yaz
  • Anonim
    Abbas · 11 Yanvar 20:4710

    Sadece ayibdi gor mektebi neye ceviribler

    Cavab yaz
  • Anonim
    M M · 11 Yanvar 20:4811

    Buda xanim mellime vauuu

    Cavab yaz
  • Anonim
    nunu · 11 Yanvar 20:5050

    o direktorki diline bucur sozler alib danisir o da isden getmelidi! Gorun tehsilimiz kimlerin elinde qalib!!! Valideynler usaqlarinin tehsilin kimlere etibar edir!

    Cavab yaz
  • Anonim
    Emi · 11 Yanvar 20:5211

    Son zamanlar mekteblerde ele ecaib-qeraib hadiseler bas verir,bilmirsen kinoya baxirsan,yoxsa real heyatda bas veren hadiselere sahid olursan.Muellime gece nece direktorun otagina gire biler?Tehsil ocagina rehberlik eden adamin danisiq terzi yumsaq dille desek teessuf dogurur.Ve umumiyyetle danisdiqlari ne derecede dogrudur?

    Cavab yaz
  • Anonim
    M M · 11 Yanvar 21:0711

    Gor indi mellime mektebde wagirdlerle ne etirmiw perde arxasi

    Cavab yaz
  • Anonim
    Platin · 11 Yanvar 21:1310

    Gör təhsilimiz kimlərə qalıbe, o laborantın önəmi yoxdu amma bu sözlərdən sonra o direktor orda qalsa mənim day sözüm yoxdu bunlara...

    Cavab yaz
  • Anonim
    Platin · 11 Yanvar 21:1951

    "Mən bu yaşa çatmışam, amma belə canlı seks görməmişdim" )))) soruşmaq ayıb olmasın, siz internetdə videolara baxaraq nəsil artırırdız?

    Cavab yaz
  • Anonim
    Sirvanli sem-036 · 11 Yanvar 21:2041

    direktorun yazisini diqqetle oxuyun yaöan danisir. deyir ki jyanvarin 6 isden cixartdim mänä pul täklif etdi ki videonu silim amma sonra deyir ki dekabirin 20-21 kecen gece otaqima girib silibler.bohtani direktor atir

    Cavab yaz
  • Anonim
    Platin · 11 Yanvar 21:2120

    Həmdəki burda bu direktorun dediklərini sübut edə bilməsə, böhtan atmaq , nüfuzdan salmaq əmələrinə görə məhkəməyə verilib cəzalandırıla bilər. Üstəlik açıq aşkar dövlətin polis orqanına şər də atılıb

    Cavab yaz
    • Anonim
      sehla · 11 Yanvar 21:2700

      artig teecublenmirem

      Cavab yaz
      • Anonim
        Sirvanli sem-036 · 11 Yanvar 21:3800

        size belesi rast gelibmi

        Cavab yaz
  • Anonim
    g · 11 Yanvar 21:2600

    malades buda mekteb..

    Cavab yaz
  • Anonim
    toragay · 11 Yanvar 21:3410

    Cox ayib.Mekteb terbiye ocagidir.

    Cavab yaz
  • Anonim
    Aysel · 11 Yanvar 22:4140

    Direktorin sozlerine neise inanmagim gelmir.Onun ucun bele bir unikal sex videosu idise onun kopyasini mutleq cixardardi.Ve ya hec olmasa o noutbukun parolunu deyisherdi.

    Cavab yaz
  • Anonim
    A · 11 Yanvar 22:5500

    )))))

    Cavab yaz
  • Anonim
    Güllü · 11 Yanvar 23:0410

    Haram olsun o direktora. Qadin a qarsi belə alcaqliq etmemeliydi. O pis idise niye 3 ildir mektebindedir?

    Cavab yaz
  • Anonim
    Direktora cavab · 12 Yanvar 00:4600

    Mektebde uzagi is vaxti saat 18 de bitir. Bu direktor evine esiyine getmir bes?! Nezere alsaq ki kend mektebidir demek tedris bir novbelidir. Basdan ayaga yalan ve haqsiz danisir. Camaata sher bohtan atdigi ucun mutleq cezalandiilmalidir ve isden azad olunmalidir.

    Cavab yaz
  • Anonim
    Anna · 12 Yanvar 01:4800

    Booooyy -:)

    Cavab yaz
  • Anonim
    Türk · 12 Yanvar 08:4520

    Siz tessevür edin ki, bu direktor mediaya bele açıqlama verir.İndi görün bunlar bir-birilerile dava edende hansı sözlerden istifade edibler.Adam söz tapmır.

    Cavab yaz
  • Anonim
    pis · 12 Yanvar 14:5000

    daha bunun neresi tehsil ,her mektebe otaglara kamera gomag ve izlemek lazimdirmi ki,exlagsizlig olmasin,axi müellim ve direktorlar cemiyyeti terbiye edenlerdir,yeni ciddi olmag cetindirmi

    Cavab yaz
  • Anonim
    Baki · 12 Yanvar 16:1800

    Mudr yalan danisir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.