Hadisə

Oğlunu itirən ana özünü öldürmək istədi

7 Yanvar 2017 16:41
6 Şərh     Baxış: 3 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Xəlitli kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Mikayılova Səbinə Eldar qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. O, zəhərlənmə diaqnozu ilə təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Ailəli və 3 uşaq anası olan S.Mikayılovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, bu yaxınlarda onun oğlan övladını avtomobil vuraraq öldürüb. Hazırda onun 3 qız övladı var.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.