Hadisə

Gürcüstanda dəhşətli qəza: 4 ölü - Maşının sahibi azərbaycanlıdır - FOTO

6 Yanvar 2017 13:28
0 Şərh     Baxış: 2 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda dünən saat 16 radələrində ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə Poniçala-Marneuli magistral yolunun 12 kilometrliyində yerləşən Kumisi kəndində baş verib.

Milli.Az xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, sürətlə hərəkət edən avtomobil magistral yolun kənarındakı təndirxanaya çırpılıb. Nəticədə avtomobilin içində olan 3 nəfər hadisə yerində ölüb. Milliyyətcə gürcü olan qadın sərnişin isə müxtəlif xəsarətlərlə Marneulidəki xəstəxanaya çatdırıldıqdan sonra ölüb. Hadisə nəticəsində ölənlərdən ikisi gürcü millətindən olan yaşlı qadın, digəri isə gənc qız olub. Qəzada Marneuli sakini, 19 yaşlı bir azərbaycanlı gənc də ölüb. Qəza nəticəsində erməni millətindən olan 26 yaşlı sürücü də həyatını itirib. Məlumata görə, qəza törədən avtomobil Marneuli sakini 19 yaşlı azərbaycanlı Talıb Allahverdiyevə məxsus olub.
Hadisə yerinə polis patrul xidməti və təcili yardım avtomobili gəlib. Qəza ilə bağlı araşdırmalar aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.