Hadisə

Azərbaycanda ağır yol qəzası baş verib, icra başçısının köməkçisi ölüb - YENİLƏNİB- VİDEO - FOTO

9 Dekabr 2016 23:12
1 Şərh     Baxış: 9 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:12

Goranboyda baş verən ağır yol qəzasında ölənlərin kimlikləri məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerində ölən, "Niva"nın sürücüsü Əliyev Fuad Əli oğludur. Ağır xəsarət alaraq xəstəxanaya aparılan zaman yolda ölənlər isə rayonun Dəliməmmədli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musayev Elsevər Yusif oğlu və Abbasqulular kənd sakini 1991-ci il təvəllüdlü Kazımov Rəşad Müslüm oğludur. 

Qeyd edək ki, "Niva" nın sürücüsü Fuad Əliyev Goranboy rayon İcra hakimiyyəti başçısının köməkçisidir.

---------

21:12

Goranboyda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

"NİVA" və "VAZ21011" markalı avtomobillərin toqquşması nəticəsində "Niva"nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və "VAZ 21011" də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər. İlkin məlumata görə, dünyasını dəyişən "Niva"nın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevdir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

3 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.