Hadisə

İki minik avtomobili toqquşub, sürücülər xəsarət alıb

5 Dekabr 2016 23:49
0 Şərh     Baxış: 1 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsinə gedən yolda qeydə alınıb. 

İki "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülər, Gəncə şəhər sakinləri, 1982-ci il təvəllüdlü Fərasət Məlikov və 1992-ci il təvəllüdlü Elnur Elbəgiyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.