Hadisə

Azərbaycanda doğuş zamanı körpə ölüb

5 Dekabr 2016 23:01
5 Şərh     Baxış: 2 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişlidə ana doğuş zamanı körpəsini itirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Buludlu kənd sakini, 1993-cü il təvəllüdlü Tarverdiyeva Ayşən İbrahim qızı doğuş zamanı uşağını itirib.

9 aylıq körpənin hansı səbəbdən ölü doğulduğu məlum deyil. Körpənin meyiti İmişli rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzində müayinə edilib. Yalnız ekspertizanın son rəyindən sonra körpənin ölü doğulmasına pataloji və yaxud həkim səhvinin səbəb olması aydınlaşacaq.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.