Hadisə

Zəncirvari qəza baş verib, xəsarət alanlar var

2 Dekabr 2016 23:50
0 Şərh     Baxış: 2 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb.

Qarşı qarşıya hərəkətdə olan "VAZ 2107" və "Ford" markalı avtomobillər toqquşub. Hərəkətdə olan "Mercedes"də qəzaya uğrayan "VAZ"a çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 3 nəfər xəsarət alıb. Onlardan iki nəfərin vəziyyəti ağır, bir nəfərinki isə normal qiymətləndirilir.

Yaralılar Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib. Qəzaya dumanlı hava şəraiti səbəb olub.
 
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.