Hadisə

Samuxda yolda ölüm

24 Yanvar 2015 23:43
0 Şərh     Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qarayeri qəsəbəsində baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə Samux rayon İnistitut qəsəbə sakini 28 yaşlı Bayram Qasımov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib.

Həkimlərin sözlərinə görə Bayram Qasımova ilkin baxış zamanı onun öldüyü məlum olub.

Bayram Qasımov Qarayeri qəsəbəsində yolu keçərkən 65 yaşlı Gəncə sakini Nicat Qasımov idarə etdiyi Mersedes markalı avtomobillə onu vurub.

Faktla bağlı Samux rayon polis şöbəsində araşdırma aparılır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.