Hadisə

"Başı dəydi "patpres"ə yıxıldı" - Maşın 60 yaşlı piyadanı vurdu - VİDEO - FOTO

26 Oktyabr 2016 16:25
0 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, Cəlal Qurbanov küçəsində 60 yaşlı İsbat Məmmədov idarə etdiyi "VAZ 2102" markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub.

İsbat Məmmədov - sürücü: "Özünü atdı maşının qabağına, başı dəydi "patpres"ə yıxıldı".

Yaralını sürücü İsbat Məmmədov özü xəstəxanaya gətirib. Ona dərhal tibbi yardım göstərilib və əməliyyat edilib. Həkimlər vəziyyətinin ağır olduğunu bildiriblər.

Polis əməkdaşları qəza baş verən əraziyə baxış keçiriblər. Sürücünün ifadəsi alınıb. Məlum olub ki, hadisə piyada keçidi olmayan yerdə baş verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.