Hadisə

Ana oğluyla birlikdə öldü - Bakıda ailə faciəsi - FOTO

24 Oktyabr 2016 22:25
42 Şərh     Baxış: 30 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəza Balaxanı qəsəbəsində qeydə alınıb. Qəza zamanı qadın sürücünün idarə etdiyi minik avtomobili "KamAZ" markalı yük maşınının altında qalıb.

Hadisə nəticəsində maşının sürücüsü Leyla adlı qadın və onun azyaşlı oğlu Asəf vəfat edib. Qəzanın dəqiq səbəbləri Sabunçu rayon Polis İdarəsində araşdırılır.

Qeyd edək ki, bir neçə il öncə qadının gənc qardaşı ürək tutmasından dünyasını dəyişib. Leyla xanım atası kənddə tək qalmasın deyə, ailəsi ilə birgə şəhərdəki evlərindən onun yanına köçüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.