Hadisə

Gənc qızı evdə huşsuz vəziyyətdə tapdılar

23 Oktyabr 2016 10:18
2 Şərh     Baxış: 2 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada 24 yaşlı qız dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, bu gecə saat 01 radələrində Zaqatala şəhəri Sülh küçəsindəki evlərdən birində bağlı qapı arxasında bir nəfərin qalması barədə Zaqatala rayon DYMH-ə məlumat daxil olub. FHN-nin Zaqatala rayon DYMH-nin yanğınsöndürən xilasediciləri hadisə yerinə cəlb edilib. Bağlı qapını açaraq içəri daxil olan yanğınsöndürən xilasedicilər otaqda 1992-ci il təvəllüdlü Arzu Alik qızı Qubatovanı huşsuz vəziyyətdə aşkar ediblər. Araşdırma zamanı 24 yaşlı A. Qubatovanın dəm qazından zəhərlənməsi məlum olub. A. Qubatova aidiyyəti üzrə hadisə yerinə çağırılmış Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinin əməkdaşlarına təhvil verilib.

Zaqatala RMX-dan APA-ya bildirilib ki, dəm qazından zəhərlənən A. Qubatova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.