Hadisə

Ağır qəza: 1 nəfər öldü, 2 nəfər yaralandı - FOTO

23 Oktyabr 2016 09:52
1 Şərh     Baxış: 2 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabadda 1 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisində Kür çayının üzərindəki körpüdə 18 BF 747 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 10 LZ 878 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ"-da olan Sabirabad sakini, 1994-cü il təvəllüdlü Cəfərov İsrafil Rəşid oğlu ölüb, daha  2 nəfər xəsarət alıb.

Yaralılar Bakı sakini 1983-cü il təvəllüdlü İsrafilov Vüsal Həşim oğlu və  Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Məhərrəmli Kamran Şahin oğlu Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.