Hadisə

Satmaq üçün Bakıya gətirmək istədiyi maşın yolda alışdı

23 Oktyabr 2016 10:00
4 Şərh     Baxış: 2 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə minik avtomobili yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 05:20 radələrində Şəki şəhər sakini Orxan Yunus oğlu İdrisov idarə etdiyi "BMW" markalı "99 HD 126" dövlət nömrə nişanlı avtomobillə Şəki-Oğuz avtomobil yolunun 15-ci kilometrliyində hərəkətdə olarkən maşın anidən yanmağa başlayıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq maşın yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

FHN-nin Şəki rayon DYMH-dən verilən məlumata görə, O.İdrisov idarə etdiyi avtomobilini satmaq məqsədi ilə Bakıya gedirmiş. Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.