Hadisə

Üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var

22 Oktyabr 2016 15:51
0 Şərh     Baxış: 1 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirvan şəhərində zəncirvarı avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, Heydər Əliyev prospektində "Hamann" tüninqli avtomobil iki "VAZ 2106" markalı maşınla toqquşub. Nəticədə "Hamann"ın sürücüsü, Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Mehrabov Vüqar Bəxtiyar oğlu hadisə yerində ölüb.
 
Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. 
 
Faktla bağlı Şirvan Şəhər Polis İdrasində araşdırma aparılır.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.