Hadisə

Ermənilər növbəti təxribata hazırlaşırlar - RƏSMİ

22 Oktyabr 2016 12:26
Baxış: 3 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan təbliğatı tərəfindən ortaya atılan və bəzi yerli, eləcə də xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar məqsədyönlü xarakter daşıyır.
Bir daha bildiririk ki, ali baş komandanın rəhbərliyi altında Silahlı Qüvvələr vasitəçilərin təşəbbüsü ilə əldə olunan bütün razılaşmalara dəqiq riayət edir və Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, qarşı tərəfin cəbhə xəttindəki son vəziyyətlə bağlı yaydığı dezinformasiyalar Ermənistandakı daxili hərbi-siyasi gərginlikdən qaynaqlanır və danışıqlar prosesinin pozulmasına, eləcə də törədəcəkləri təxribatlar üçün zəmin yaradılmasına hesablanıb.

Bəyan edirik ki, Silahlı Qüvvələrimizin bölmələri atəşkəs rejiminə ciddi əməl etməklə düşmən tərəfinin istənilən fəaliyyətini nəzarətdə saxlayır və təxribatların qarşısının alınması məqsədilə bütün tədbirləri görməyə tam hazırdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.