Hadisə

Diqqət! Bu yol 15 gün bağlı olacaq - XƏRİTƏ

1 Oktyabr 2016 15:24
1 Şərh     Baxış: 2 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində 3 oktyabr 2016-cı il tarixdən etibarən yüksək təzyiqli qaz borularının dəyişdirilməsi işlərinə start veriləcək. "Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, bu üzdən sözügedən tarixdə səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan (beton yol) istifadə edərək birbaşa
Hövsan qəsəbəsinə daxil olmaqla hərəkət istiamətlərinə uyğun yollarına davam edə bilərlər.

"Azəravtoyol" ASC yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.