Hadisə

Dilqəm ad gününü Şuşada qeyd edir

30 Sentyabr 2016 10:47
6 Şərh     Baxış: 1 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun doğum günüdür.

Erməni girovluğunda olan Dilqəm 57 yaşına qədəm qoyur.

Milli.Az bildirir ki, Sahib Musayev azvision.az-a açıqlamasında ötən gün qardaşından məktub aldığını deyib: "Qardaşım məktubu ilk dəfə rus dilində yazıb. Məktub cəmi 3 cümlədir: "Salam, salam və hər kəsə salam deyin". Bu gün onun anadan olduğu gündür. Ömrünün 56-ci baharına yağı zindanında əlvida deyir. 54 və 55-ci ad günlərini də girovluqda keçirib".

Qardaşından Dilqəmin ad günü ilə bağlı təsirli sözlər: "Qaranlıq və məşəqqətli 1167 günlük girov həyatı! Bizim 2 yağı tutub onu dəyişməyə gücümüz çatmır. Səni bu günə kimi düşmən zindanı sındıra bilməyib. Bir az da döz! Allah kərimdi. Ad günün mübarək qardaş!!! Bu dağlar ulu dağlar. Çeşməli sulu dağlar. Bir igid dara düşüb. Göy kişnər bulud ağlar!" 

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma "məhkəmə"nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. 

Onların Şuşa həbsxanasında saxlanıldığı bildirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.