Hadisə

Azərbaycanlı qız Türkiyə telekanallarını bir-birinə qatdı - VİDEO - FOTO

29 Sentyabr 2016 16:20
18 Şərh     Baxış: 19 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə azərbaycanlı "gözəlçə" iki telekanalı bir-birinə vurub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, aktrisa Zühal Topalın evlənmə proqramına qatılan azərbaycanlı Naz Mila adlı xanım sonra digər telekanalda müğənni Seda Sayanın aparıcısı olduğu "Evlənəcəksən, gəl" verilişində görünüb. Burada efirə cəmi bir gün çıxdıqdan sonra yenidən əvvəlki evlənmə proqramına qayıdıb.

Lakin onun hansı səbəbdən proqramdan gedib sonra qayıtması məlum deyil.

Azərbaycandan Türkiyəyə gələn Naz ötən mövsümdə proqrama qatılıb və orada namizədlərdən biri olan Kərəmlə bir müddət sevgi yaşayıb. Lakin sonralar araları dəyib və Kərəm proqramı tərk etsə də, Naz Mila orada qalaraq yeni namizədlərini gözləyib. Son günlərdə isə rəqs müəllimi Baha ilə sevgi yaşadıqları bildirilir.

Keçmiş sevgilisindən bir uşağı olan bu iştirakçı lüks həyatı ilə də diqqəti çəkir.

"Evlənəcəksən, gəl"i tərk edən iştirakçının digər kanala qayıtması ilə bağlı Seda Sayan heç bir açıqlama verməyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı qız Türkiyədə evlilik proqramlarını gəzir

Azərbaycanlı qız Türkiyədə evlilik proqramlarını gəzir - 1

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.