Hadisə

Ailə yol qəzasına düşdü: 2 yaralı - VİDEO - FOTO

28 Sentyabr 2016 15:29
0 Şərh     Baxış: 1 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə səhər saat 10 radələrində yol qəzası baş verib.

ARB Şəki xəbər verir ki, Qəza Şəki-Qax yolunun Qarabulaq adlanan ərazisində meydana gəlib.

Qax istiqamətində hərəkətdə olan Balakən rayon Mahmalar kənd sakini, 35 yaşlı İsmayıl Quliyevin idarə etdiyi 67 BK 057 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobil yoldan çıxıb.

Hadisəyə səbəb sürüşkən yol və yağışlı hava şəraiti olub. Qəza nəticəsində xəsarət alan sürücü Balakən rayonunun Mahmalar kənd sakini İsmayıl Quliyev və həyat yoldaşı Kəmalə Muradova Şəki MRX-ya çatdırılıb. Xəstəxanada onlara ilkin yardım göstərilib və ambulator müalicəyə alınıblar.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ailə yol qəzasına düşdü: 2 yaralı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.