Hadisə

Qohumunun evini düzəldən usta öldü

27 Sentyabr 2016 14:15
2 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıda 56 yaşlı usta bədbəxt hadisə nəticəsində həyatını itirib.

ARB Şəki xəbər verir ki, İsmayıllının Tircan kəndində qohumunun evində usta işləyən Mehdi Rza oğlu Mehdiyev huşunu itirərək nərdivandan yerə yıxılıb. 

Hadisə yerinə dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Xidmətinin əməkdaşları cəlb olunub. 

Başından zərbə alan Mehdi Mehdiyevin hadisə yerində dünyasını dəyişdiyi məlum olub.

İki uşaq atası olan Mehdi Mehdiyev uzun illərdir ki, inşaat işlərində usta kimi çalışıb və insult xəstəliyindən əziyyət çəkib. 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.