Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyoev "Lukoyl" rəhbəri, Azərbaycanlı milyarder Vahid Ələkbərovla görüşüb.
Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Özbəkistan telekanalı xəbər yayıb.
Məlumata əsasən, görüş Rusiya şirkətinin Kandım qaz emalı zavodunun tikdiyi Buxara vilayətində baş tutub.
Görüş zamanı tərəflər neft-qaz sektorunda əməkdaşlıq perspektivlərini müzakirə edib. Mirziyoev zavodun tikinti prosesinin gedişindən razılığını bildirib.
Vahid Ələkbərov vurğulayıb ki, şirkət Özbəkistan neft-qaz sektorunda həyata keçirilən investisiya layihələri çərçivəsində götürdükləri bütün öhdəlikləri həyata keçirir.
Milli.Az