Hadisə

Erməni gəlin toyda "Şalaxo" oynadı - VİDEO

26 Sentyabr 2016 13:14
9 Şərh     Baxış: 3 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın paytaxtı İrəvanda baş tutan toy məclislərindən birində Azərbaycan rəqsi ifa olunub. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, erməni gəlin öz toyunda məhz Azərbaycan rəqsi "Şalaxo" ilə qonaqlara şou nümayiş etdirib. Maraqlısı ondadır ki, ermənilər Azərbaycan rəqsini öz adlarına çıxaraq toy məclisində Ermənistanın milli rəqsi kimi təqdim ediblər. 
 
Qeyd edək ki, "Şalaxo" və ya "Şələqoy" rəqsi Azərbaycan və Gürcüstanda oynanılır. "Şalaxo" və ya "Şələküm"ün ritmi 6/8-lik dir. Rəqsin forması bölgəyə görə dəyişə bilər. İğdırda xalq oyunu olaraq oynayırlar. "Şələqoy" rəqsi azərbaycanlı bəstəkar Əfrasiyab Bədəlbəylinin "Qız qalası" (1940) baletində də yer alıb.

Bu rəqs azərbaycanlıların ən çox sevdikləri kişi rəqsidir. Onu həmişə böyuk həvəslə oynayırlar. Rəqsə ifaçılar özünü bütün ustalığını və məharətini göstərməli olurlar. "Şalaxo" ən qədim Azərbaycan rəqslərindən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.