Hadisə

Evinə qayıtmaq istəyən qadın vağzalda keçindi

25 Sentyabr 2016 17:16
1 Şərh     Baxış: 2 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Rusiyanın Saratov şəhərinin vağzalında 79 yaşlı Azərbaycan vətəndaşı qəflətən dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, qadın Bakı vaxtı ilə saat təqribən 12:32 radələrində dəmiryolu vağzalı yanındakı "Uley" kafesində olarkən, özünü pis hiss edib. O, təcili olaraq tibb məntəqəsinə çatdırılıb, lakin həkimlərin müdaxiləsi uğursuz olub və qadın günorta saatlarında vəfat edib.

Məlum olub ki, qadın iki ay əvvəl Bakıdan Saratova rəfiqəsigilə qonaq gedib. Bu gün o, "Mahaçqala-Bakı" qatarı ilə evinə qayıtmağa hazırlaşırmış.

Hazırda qadının nəşi morqa göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.