Hadisə

Sumqayıtda 11-ci sinif şagirdi qaçırıldı - Direktordan açıqlama

25 Sentyabr 2016 13:02
32 Şərh     Baxış: 8 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində məktəbli qız qaçırılıb.

Milli.Az avropa.info-ya istinadən məlumatına görə, Sumqayıt şəhərində 9 saylı orta məktəbin 11-ci sinif şagirdi olan qızı qaçırıblar.

Sayt yazır ki, baş verən hadisəylə bağlı həmin məktəbin direktoru Bəhruz Səlimxanov Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb.

Direktor özü isə xeberle.com-a belə bir faktın olduğunu təsdiqləyib. Lakin o, hadisənin məktəbdə deyil, dərs bitəndən sonra baş verdiyini deyib. B.Səlimxanov hadisəylə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə aparılması ilə bağlı yayılan məlumatları isə təkzib edib:

"Belə bir hadisə olub. Amma dərs bitəndən sonra. Həmin şagird məktəbdən çıxandan sonra qaçırılıb. Mənim polisə aparılmağımla bağlı məlumat isə tamamilə yalandır. Hazırda iş başındayam", - direktor bildirib.

Direktor qaçırılan şagirdin adını açıqlasa da, etik baxımdan məktəblinin ad və soyadını vermirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.