Hadisə

Azərbaycanlı tanınmış alim Moskvada vəfat edib - FOTO

31 Avqust 2016 15:49
3 Şərh     Baxış: 2 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neft-qaz sahəsində tanınmış azərbaycanlı alim Əlibayram Abdulzadə 80 yaşında Moskvada dünyasını dəyişib.

Milli.Az report-a istinadən bildirir ki, alim ailəsinin istəyi ilə Moskvada dəfn olunub.

Qeyd edək ki, professor Əlibayram Abdulzadə vəfat edənədək Ukraynanın İvano-Frankovsk Neft və Qaz Universitetinin Texniki elmlər kafedrasının rəhbəri işləyib. O, Moskvaya orada yaşayan ailəsini ziyarətə gedibmiş.

Əslən Azərbaycanın Şamaxı şəhərindən olan alim keçmiş SSRİ və müstəqillik dövrü ərzindəki fəaliyyəti ərzində neft-qaz, həmçinin kənd təsərrüfatı texnologiyası sahəsində 50-dək patentə yiyələnib.

Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.