Hadisə

Mikroavtobusla evakuator toqquşub: 2 ölü, 3 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

30 Avqust 2016 15:50
0 Şərh     Baxış: 2 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:50

İsmayıllı rayonunda baş verən avtomobil qəzasında ölənlərin adları məlum olub.
 
APA-nın xəbərinə görə, bu gün saat 13 radələrində İsmayıllı-Muğanlı avtomobil yolunda, İsmayıllı Olimpiya İdman Kompleksinin qarşısında Qəbələdən Bakı istiqamətində hərəkətdə olan, Qəbələ sakini, 1963-cü il təvəllüdlü İlqar Məmmədovun idarə etdiyi 36-BH-329 dövlət nömrə nişanlı, "Ford" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn, Bakı sakini, 1968-ci il təvəllüdlü Fikrət Osmanovun idarə etdiyi 12-HD-146 dövlət nömrə nişanlı, "Mitsubishi" markalı evakuator avtomobili ilə toqquşub.
 
Hadisə zamanı mikroavtobusun sərnişinləri - Qəbələ sakini, 1979-cu il təvəllüdlü Şəfiyeva Aybəniz Sabir qızı və Sumqayıt sakini, 1982-ci il təvəllüdlü Talıbova Xəyalə Sabir qızı hadisə yerində ölüb, Qəbələ sakini, 2006-cı il təvəllüdlü Paşayeva Həqiqət Vəfadar qızı, 2002-ci il təvəllüdlü İsmayılova Nuhalə Məsud qızı və evakuatorın sərnişini, Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Musayev Fuad Şəmil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Xəsarət alanlar İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
      

------------

14:40

İsmayıllı rayonunda 2 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtoqəza baş verib. 

APA-nın xəbərinə görə, bu gün saat 13 radələrində İsmayıllı-Muğanlı avtomobil yolunda, İsmayıllı Olimpiya İdman Kompleksinin qarşısında Qəbələdən Bakı istiqamətinə hərəkət edən "Ford Transit" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn, Tovuz rayon sakininə məxsus 12-HD-146 dövlət nömrə nişanlı, "Mitsubishi" markalı evakuatorla toqquşub.
 
Nəticədə iki nəfər aldığı xəsarətdən hadisə yerində ölüb, evakuatorun sərnişini, Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Musayev Fuad Şəmil oğlu və mikroavtobusdakı sərnişinlər - Qəbələ sakini, 2006-cı il təvəllüdlü Paşayeva Həqiqət Vəfadar qızı, 2002-ci il təvəllüdlü İsmayılova Nuhalə Məsud qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mikroavtobusla evakuator toqquşub: 2 ölü, 3 yaralı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.