Hadisə

Qəbristanlıqda yanğın olub

29 Avqust 2016 21:14
0 Şərh     Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda qəbristanlıq ərazisi yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 20:00 radələrində Göyçayın Potu kəndi ərazisində yerləşən qəbristanlıqda qeydə alınıb.

Kənd sakinləri qəbiristanlıqda təmizlik işləri görüb, dünyasını dəyişən insanların məzarının ətrafındakı kol-kosu və quru otları təmizləyib yandırarkən ehtiyatsızlıq ediblər. Küləkli havada yandırılan xırda ocaqlar nəzarətsiz buraxıldığı üçün alov qısa vaxtda geniş ərazini əhatə edib.
       
Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı kənd qəbristanlığının bir hektar ərazisində quru ot, kol-kos, güllər və həmişəyaşıl ağaclar yanaraq tələf olub. Yanğınsöndürənlər alovun daha da genişlənməsinin qarşısını alıblar və yaxınlıqdakı evlər, yardımçı tikililər yanğından mühafizə edilib.
 
Faktla bağlı araşdırma aprılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.