Hadisə

Rus Pravoslav Kilsəsi: "Dağlıq Qarabağ münaqişəsinin dini əsasları yoxdur"

26 Avqust 2016 10:24
0 Şərh     Baxış: 1 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rus Pravoslav Kilsəsi Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində ardıcıl və dəyişməz mövqedən çıxış edir və fikir ayrılıqları ilə bağlı qanunlar çərçivəsində qarşılıqlı həll yollarının tapılmasına səy göstərir.

Bu, Rus Pravoslav Kilsəsinin Azərbaycanın Rusiyadakı səfirliyinin Pravoslavların Parlamentlər Assosiasiyasının XXIII illik konfransının yekun deklarasiyası ilə bağlı müraciətinə cavab məktubunda bildirilir.

Milli.Az bildirir ki, bu barədə Trend-ə səfirlikdən verilən məlumatda qeyd olunur.

Məktubda qeyd olunur ki, 1993-cü ildən başlayaraq, Moskva və bütün rusların patriarxının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dini liderlərinin görüşləri keçirilib. Bu görüşlərdə iştirakçılar dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin dini əsasları yoxdur və siyasi xarakter daşıyır, millətlərarası düşmənçiliyin qızışdırılması isə xristianlıq və islam nöqteyi-nəzərindən günah sayılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.