Hadisə

İtaliyanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib

25 Avqust 2016 15:11
0 Şərh     Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Azərbaycandakı səfirliyində bayraq bu ölkədə elan olunmuş matəmlə əlaqədar yarıya qədər endirilib.

Milli.Az bildirir ki, bu barədə APA-ya İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo bildirib. Diplomat qeyd edib ki, bununla belə, səfirlikdə "xatirə kitabı"nın açılması nəzərdə tutulmur.
 
Qeyd edək ki, avqustun 24-də gecə İtaliyanın mərkəzində 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Latsio vilayətinin Akkumoli şəhərinin yaxınlığına düşüb. Yeraltı təkanlar nəticəsində Latsio, Umbri və Mark vilayətlərində dağıntılar olub.
 
Zəlzələdə ölənlərin sayı 250 nəfərə çatıb. Avqustun 24-25-də ölkə ərazisində matam elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.