Hadisə

Xalq artistinə QƏFİL AĞIR İTKİ - Cənazə Türkiyədən gətirildi

25 Avqust 2016 13:46
9 Şərh     Baxış: 29 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Mübariz Tağıyevə ağır itki üz verib. Sənətkarın qardaşının həyat yoldaşı qəfildən dünyasını dəyişib.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən xalq artisti gəlinlərinin Türkiyədə dünyasını dəyişdiyini deyib:
 
"Qardaşımın yoldaşı ailəvi olaraq Türkiyədə Bodrum şəhərində istirahət edirdi. Bir neçə günə Bakıya qayıdacaqdılar. Çimərlikdə qardaşımın yoldaşının qəfildən ürəyi dayanıb. Həkimlər bildiriblər ki, isti havada soyuq suya girdiyi üçün ürəyi tab gətirməyib, infarkt keçirib. Cənazə Türkiyədən gətirildi və Bakıda torpağa tapşırdıq. Heç vaxt ürəyindən şikayət etməmişdi".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.