Hadisə

"Belə cılız, primitiv, guya ''sensasion'' məlumatlara münasibət bildirmək niyyətində deyiləm"

24 Avqust 2016 18:09
0 Şərh     Baxış: 1 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə  mətbuatda Azərbaycan əsilli milyarder Qod Nisanovla qalmaqallı jurnalist-biznesmen, lifenews.ru saytının redaktoru Aram Qabrielyanov arasında "sensasion" bir yazışma olduğu barədə açıqlama yayılıb. Guya 2015-ci ilin noyabr və dekabr ayına təsadüf edən həmin yazışmada azərbaycanlı milyarder-oliqarx Aram Qabrielyanovdan xahiş edir ki, "Ren TV" telekanalında onun Moskvadakı nəhəng topdansatış ərzaq bazası "Food City" haqda tənqidi reportajını kimin sifariş etdiyini araşdırsın.

Milli.Az bildirir ki, musavat.com bu məsələyə Qod Nisanovun ortağı, hüquq elmləri doktoru, professor İlham Rəhimovun münasibətini öyrənmək istəyib. Lakin İ.Rəhimovla əlaqə yaratmaq mümkün olmadığından onun biznes işləri ilə məşğul olan köməkçisinə telefon açdıq. Köməkçi əməkdaşımıza aşağıdakıları bildirdi: "Mətbuatda yayılan belə cılız, primitiv, guya "sensasion" məlumatlara münasibət bildirmək niyyətində deyiləm.

İlham müəllim və onun şərikləri Moskvada daha ciddi işlərlə, nəhəng layihələr həyata keçirməklə məşğuldurlar. Əgər bu jurnalistləri maraqlandırırsa, görəcəyimiz işlərdən biri haqqında ətraflı, doğrudan da sensasiya ola biləcək məlumat verə bilərəm. Bu yaxınlarda Kremlin yaxınlığında yerləşən keçmiş "Rossiya" otelinin yerində yenisini tikməyi planlaşdırırıq.  Artıq layihə hazırdır və təsdiq olunub.

Qeyd edim ki, yeni inşa ediləcək bina müasir tələblərə cavab verən nəhəng bir otel kompleksindən ibarət olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.