Hadisə

İŞİD-i Bakıya gələn general vurur - VİDEO - FOTO

24 Avqust 2016 11:39
0 Şərh     Baxış: 3 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə qoşunlarının Suriyadakı əməliyyatına əfsanəvi general, Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı diviziya generalı Zeki Aksakallı rəhbərlik edir.

Milli.Az bildirir ki, bu barədə azvision.az Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir. 

Qeyd edək ki, general Zəki Aksakallı Türkiyədə hərbi çevriliş cəhdi zamanı qiyam qaldıran hərbçilərə qarşı əməliyyatlara rəhbərlik edib. 

Xatırladaq ki, türkiyəli general bu yaxınlarda Azərbaycanda səfərdə olub. Bir müddət öncə isə Zəki Aksakallının rəhbərlik etdiyi türkiyəli hərbçilərdən ibarət nümayəndə heyəti ön xətdəki hərbi hissənin təlim poliqonunda olaraq müxtəlif təlim nöqtələrində snayper, minaatanlar və PDM-in hazırlıq prosesini izləyib və döyüş atışlarını müşahidə ediblər. Diviziya generalı Z.Aksakallı snayper kursları keçən hərbçilərlə görüşərək "İstiqlal" snayper tüfənginin texniki göstəriciləri və döyüş imkanları ilə maraqlanıb.
Qonaqlar həmçinin tank təlim taborunda olaraq müxtəlif zirehli texnikalara baxış keçiriblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İŞİD-i Bakıya gələn general vurur

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.